Professional Reporting with Power BI

Təlim haqqında

Biznesin intellektual təhlili şirkətin inkişafına kömək etmək və böyük nəticələrə nail olmaq üçün daha yaxşı qərarların verilməsində məlumatların düzgün və səmərəli istifadəsini tələb edir. Microsoft şirkətinin təqdim etdiyi Power BI proqramı məlumatların təhlili və proqnozlaşdırılmasını təmin etməklə ən çox istifadə olunan vasitələrdən biridir. Kurs müddətində Power BI-ın hesabatların avtomatlaşdırılmasındakı mühüm rolu vurğulanacaq və iş dünyasında datanın necə dəyərə çevrildiyi nümunə hesabatlar üzərində göstəriləcək. 4 həftəlik proqram daxilində siz databazaların təhlükəsiz və səmərəli qurulması, dataların təmizlənməsi, vizuallaşdırılması, dashboard və reportların hazırlanması və son istifadəçilərlə paylaşılması haqqında ən vacib və tam praktiki, müasir iş dünyasının tələblərini qarşılayan bilik və bacarıqlara yiyələnəcəksiniz.

Təlimçi haqqında

Sevinc Hüseynova - Paşa Bank'da Kredit Risklərinin İdarəedilməsi üzrə Data Analitik kimi çalışır. Bundan əvvəl isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Risklərin idarəolunması və Aktuari şöbəsində Data Analitik olaraq çalışmışdır. Çalışdığı müddətdə Microsoft Power BI proqramı üzərindən hesabatların avtomatlaşdırılması üzərində bir layihəni tamamlayıb. 2018-ci ildə təşkil olunmuş "Big Data Hackathon" yarışmasında 1-ci yerə layiq görülüb. Bundan əlavə R programlaşdırma dilində riyazi və statistik modelləşdirməni hesabatların hazırlanmasında tətbiq etmişdir. Hazırda Maliyyə Risklərinin İdarəolunması üçün Power BI-da hesabatlılıq sistemini qurur.

Təlimin metodu

Hər mövzu sonunda siz sərbəst iş və tapşırıqlarla qarşılaşacaq, Marketing, Risk, KPİ və Maliyyə hesabatlarının necə qurulduğunu öyrənəcəksiniz. Təlimin sonunda isə  proyekt üzərində işləyərək öz hesabatlarını fərdi şəkildə tamamlayacaqsınız. Təlim proqramı ərzində mentorluq dəstəyi göstəriləcək. Verilən tapşırıqların həllinə və dərsdəki davamiyyətə uyğun olaraq sertifikat təqdim olunacaq.

Təlimin proqramı

Introduction, Data Cleaning and Workflow in Power BI

  • Introduction to Business Intelligence
  • BI tools and differences among them
  • Microsoft Power BI as a BI tool, pros and cons
  • General workflow in Microsoft Power BI
  • Importing data and data manipulation (Excel, CSV, SQL, R, Python, Facebook, web etc.)
  • Building and editing relationships among datasets
  • Merging and appending datasets
  • Replacing values and setting right formats for variables
  • Working with columns and raws

Visualization and Dax

  • Basic visualization tools and functionality (stacked bar chart, pie chart, donut chart, gauge, R script visual etc.)
  • Importing other Visualization tools and their functionality (tachometer, maps, aster plot, Tornado chart etc.)
  • Grouping variables
  • Conditional Formatting
  • Filters (Advanced, Basic, Top N, Visual level, Page level and Report level)
  • Editing Relationships among Visuals
  • Bookmarks and buttons in Power BI
  • Formatting Visuals
  • Measures and new columns
  • Calculate(), SUM(), Count() and other fundamental functions
  • Modelling variables
  • Calcualtions on variables

Reporting

  • Types of reporting and building consistent dashboards (Risk, KPI, HR, Marketing)
  • Sharing Reports on web and Power BI service
  • Editing dashboards in Power BI service and manually
  • Interactive Presentations
  • Working in sample dashboards
Müraciət et
Müraciət et