Modelling and Forecasting – Time Series Analysis

Təlim haqqında

Data analitikasının ən vacib rollarından biri keçmiş datalara əsaslanaraq gələcək üçün proqnoz vermək, yeni trendləri öncədən müəyyənləşdirmək və beləliklə, qərarverməni optimallaşdırmaqdır. "Modelling and Forecasting – Time Series Analysis" təlimindən sonra siz artıq biznesinizdəki qərarları analizlərin nəticələrinə əsasən verəcəksiniz.

Proqramın Əhatəsi: Data Analitikası, Zaman Sıralarının Analizi, İqtisadi Proqnozlaşdırma , Maliyyə hesabatlarının hazırlanması və Maliyyə alətlərinin qiymətlərinin proqnozlaşdırılması, Satışların Analizi və gələcəyə yönəlik proqnozu, Eviews tətbiqi proqramı

Təlimçi haqqında

Həsrəddin Quliyev, Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin İdarə Olunması ixtisası üzrə bakalavr və Akdeniz Universitetində Ekonometrika ixtisası üzrə magistr dərəcəsi alıb. Hal-hazırda eyni ixtisas üzrə İstanbul Universitetində doktorontura təhsilinə davam edir.  Həsrəddin Quliyev bir müddət İstanbulda Araşdırma şirkətində, daha sonra Azərbaycanda özəl bankların birində Data Analyst Specialist olaraq çalışıb. İndiyə kimi bir çox Data Science, Statistika və Ekonometrika üzrə beynəlxalq konfranslarda, sammit və meet up-larda həm dinləyici, həm də speaker kimi iştirak edib. 2018-ci ildə Tam Faktoring tərəfindən keçirilən Hackhathonda "Cluster Analysis with k-means and Ordinal Lojistic Regression: Customer Segmentation" lahiyəsi ilə ilk 5-liyə daxil olub və hal-hazırda yazılan "Advanced Topics in Econometrics" kitabında bölüm yazarı olaraq yer alır.

Təlimin auditoriyası

Data Science, Data Analitikası, Biznes Analitikası, Müştəri Əlaqələrinin İdarə Olunması (CRM), Maliyyə Analitikası və Risklərin İdarə Olunması  kimi sahələrdə çalışmaq istəyənlər və çalışanlar.

Təlimin proqramı

Modelləmə və Proqnozlaşdırmaya Giriş

  • Eviews proqramına giriş
  • Zaman Sıralarının Komponentləri ( Trend, Mövsümi Faktorlar və.s)
  • Troma-Seats / STL Decompotion  Metodları
  • Korelogram Grafiki
  • Vahid-kök (Unit-Root) Testləri

Tək Dəyişkənli Zaman Sıraları Analizi

  • Ortalama Düzləşdirmə Modelləri (Moving Average, Smoothing Models)
  • Üstlü Düzləşdirmə Modelləri (Exponential smoothing Models)
  • Holt-Winters düzləşdirmə Modelləri (Holt-Winters smoothing Models)
  • ETS üstlü düzləşdirmə modelləri (ETS exponential smoothing Models)
  • ARİMA Model Tipləri (ARIMA Models)
  • Yüksək Frekanslı Zaman Sıralarının Modellənməsi – ARCH&GARCH modelləri
  • Tətbiqlər

Çox Dəyişkənli Zaman Sıraları Analizi

  • Zaman Sıralarında Reqressiya Modelləri
  • Struktural Qırılmaların Müəyyən olunması və Modellənməsi (Structural Break Test)
  • Vector autoregression (VAR) Model
  • Co-Integration Analizi
  • Səbəbiyyət Analizi (Causality Analysis)
Müraciət et
Müraciət et