Top 5 açıq mənbə böyük data alətləri! (Big Data analytics Tools)
  • Maya Bayramova
  • 21 İyul 2019

Top 5 açıq mənbə böyük data alətləri! (Big Data analytics Tools)

Top 5 açıq mənbə böyük data alətləri! (Big Data Tools)

Bu günkü günümüzdə  data hər hansı digər materialdan daha çox dəyər daşıyır. Çünki, biz hal hazırda elə bir  informasiya dövründə yaşayırıq ki, harada  ki, data biznes deməkdir. Əhali sayı artdıqca ona uyğun olaraq data da artmaqdadır.  Bu məlumatlar, gələcəkdə bazarların proqnozlaşdırılmasından başlayaraq, əhalinin xüsusi təbəqələri üçün məhsulları tənzimləməyə qədər bir çox şeyə kömək edə bilər. Bu sadəcə özəl müəssisələrə aid deyil, həmçinin, dövlətlər də böyük məlumatlara(Big Data) çox güvənirlər. Məlumatlar tez-tez çoxsaylı mənbələr vasitəsilə gəlir, bu da son məhsulun çox çirkli olmasını gətirib çıxarır. Buna analoji olaraq baxmaq istəsəz, Google-u açın və oraya hər hansı bir məlumatı və ya açar sözü axtarış verin . Nəticələr səhifəsi açıldıqda milyonlarla linkləri axtarış nəticəsi olaraq  görə bilərik. Bu data yığını  elə məhz həmin “Big Data”-dır. Gəlin indi “Big Data”-nın daha formal tərifinə baxaq.

Big Data- "Böyük məlumatlar" termini həm strukturlaşdırılmış, həm də strukturlaşdırılmamış formada mövcud olan böyük məlumat setləri deməkdir. Bu   data setlər elə mürəkkəbdir ki, onlar  ənənəvi məlumatların emalı tətbiqi proqramından daha çox məharətli data emal sistemli proqrama ehtiyac duyurlar. Bu proqram proqnozlaşdırıcı  analitikanın  məlumat toplusundan (data setlerindən) çıxartdığı dəyər prosesi zamanı  qərar verə bilir.  İstifadəçi davranış analitikası(User behavior analytics) və ya digər qabaqcıl məlumatların təhlili texnologiyaları da eyni dəyəri çıxartmaq üçün mənbə ola bilir. İndi böyük məlumatlarla işləməyə kömək etmək üçün olan bəzi vasitələrə nəzər salaq:

#1.  Apache Hadoop-

https://miro.medium.com/max/333/1*Z9tM6A8AZ1YqrGtV31ybqA.png

Hal hazırda  ən çox yayılmış və məşhur data emalı proqramlarından  biridir.  Həm strukturlaşdırılmamış, həm də strukturlaşdırılmış formatlarda böyük məlumatların emalı kontekstində sadəliyi və imkanları ilə tanınır.

#2.  Lumify

https://miro.medium.com/max/700/0*7l3zp_J30U8U8w-Z.png

Bazarda  nisbətən yeni olmasına baxmayaraq, Hadoop üçün böyük bir alternativdir. Bu proqram  mənbə və formatlarda böyük miqdarda data ölçülərini tez nəzərdən keçirə bilmə bacarığına malikdir. Başqa təsir edici xüsusiyyəti internet əsaslı interfeysidir, hansi ki, istifadəçilərə əlverişli data ilə 2D və 3D qrafikli vizuallaşdırmalar, dinamik histogramlar, tam mətn dolu axtarış(full text faceted search), və  real vaxtda rejimində (real time) əlaqələri axtara bilir.

#3.  Apache Storm

https://miro.medium.com/max/681/1*-CaczaZEJPbfSHk1-Kz7Pg.jpeg

Apache Storm, real vaxt rejimində açıq mənbə kompüter sistemidir.  Hadoop ilə və ya o olmadan istifadə edilə bilər və xüsusilə real vaxt emalı üçün limitsiz məlumat axınlarının işlənməsini asanlaşdırır. İstifadəsi çox asandır və proqramlaşdırma dilləri ilə yaxşı işləyə bilir.  Belə ki, istifadəçi özü istədiyi dili seçə bilər.

#4.  HPCC Systems Big Data

 

https://miro.medium.com/max/476/0*-jRmgDI0FzHvJLJW.jpg

HPCC  Hadoop üçün böyük bir alternativdir və məlumatların idarə edilməsi, çevrilməsi, sorğuların və datanın saxlanması üçün parlaq bir platformadır. O, üstün performansı, ölçüləbilirliyi və çevikliyi ilə tanınır.

#5.  R-Programming

https://miro.medium.com/max/700/1*QpGxDsNShvl6v-bo1YW6JA.jpeg

R-ın ən yaxşı xüsusiyyətlərindən biri həm proqram, həm də dil olmasıdır.  R proqramlaşdırması bir proqramlaşdırma dili olduğu halda, layihə R  isə proqramdır. Halbuki hər ikisi açıq mənbədir.

Mənbə: https://medium. com/@techcoder/top-5-open-source-big-data-tools-1f7bad857732


Paylaş: