Netflix nəyə baxacağımızı bizdən əvvəl bilir
  • Kəmalə Əfəndiyeva
  • 6 İyun 2019

Netflix nəyə baxacağımızı bizdən əvvəl bilir

Netflix nəyə baxacağımızı bizdən əvvəl bilir

Son illərdə “Netflix” şirkətinin kinematoqrafiyada Hollywoodu qabaqladığını müşahidə edirik. Bəs necə olur ki, bir şirkət bütün film sənayesindəki digər şirkətləri bu qədər qabaqlayır?

Cavab çox sadədir: Data analitikası.

“Netflix”in 125 milyon abunəçisi var və bu say günbəgün daha da artır. Bu isə o deməkdir ki, “Netflix” çox böyük həcmli məlumatlar bazasına malikdir. “Netflix” izləyicilərin izləmə vərdişlərini görür və o, bu məlumatları ilk olaraq hər bir abunəçinin zövqünə uyğun kino/serial təklif etməkdə istifadə edir. Amma bu məlumatların əsas istifadəsi bir qədər fərqlidir, belə ki, “Netflix”in növbəti layihələri əldə edilən bu məlumatlar əsasında tərtib olunur. Alqoritmlər nəticəsində izləyicilərin daha çox hansı tərzdə kino/serial izlədikləri müşahidə olunur və bu müşahidələr əsasında “Netflix” uğurlu və gəlir gətirən proyektlərə imza atır.

biznes analitikasi data analitkasi

Təbii ki, belə bir alqoritm hazırlamaq və bunu həyata keçirmək asan iş olmayıb. 6 il ərzində “Netflix” bu alqoritm və məlumatlar üzərində çalışdıqdan sonra ilk serialları olar “House of Cards”ı ərsəyə gətirib və serial çox sevilib. Daha sonra isə bu alqoritm biraz da təkmilləşdirilib və hələ də Netflix bunun üzərində çalışmağa davam edir. Hal-hazırda şirkətin bütün proyektləri bu alqoritmdən asılıdır: əgər alqoritm hər hansı bir seriala davam etməməyi tövsiyə edirsə həmin serial daha yayımlanmır, alqoritm növbəti serialın mövzusunun nə olacağını əvvəlcədən müəyyən edir. Bu isə əvvəldə də qeyd etdiyimiz kimi onları digər Hollywood şirkətlərindən fərqləndirən əsas amildir. Artıq kinolar ilham gəlib deyə çəkilmir, data analitikası kinonun uğurlu olacağını göstərdiyi üçün çəkilir.

 

Referans:

https://www.forbes.com/sites/enriquedans/2018/05/27/how-analytics-has-given-netflix-the-edge-over-hollywood/?fbclid=IwAR0kQQpC7IgKHyOG-IX51sNdt7ucQxaEpz-X0n4tGOkwYeToCufKeMWReF4#50f23c236b23

 

Daha çox oxu:

Daha böyük data, daha böyük marketinq

Data analitikası və dünyadakı trendlər

Data Analitikası və Machine Learning nədir?


Paylaş: