IoT və Big Data Ağıllı Şəhərlərimizdə Necə İnqilab Edəcək ?
  • Azər Rzayev
  • 28 İyul 2019

IoT və Big Data Ağıllı Şəhərlərimizdə Necə İnqilab Edəcək ?

Son illər ərzində şəhərlərin sürətli şəkildə inkişaf etdiyinə şübhə yoxdur və onlar kiçik korpuslardan milyonlarla insanın yaşadığı böyük şəhərlərə çevrilmişlər.

Şəhərlərin yalnız ölçüləri və təbiəti dəyişdirilməklə qalmayıb, həmçinin, hər bir insanın yaşaması üçün ən yaxşı mühit təmin edilmişdir.

Bir şəhərdə yaşamaq üçün demək olar ki, bütün aspektlər, xüsusən də texnoloji əngəllərin yaşandığı sahələr yenilənmişdir.

Ümumi olaraq baxsaq, “Əşyaların İnterneti”(İoT-İnternet of Things) şəhərlərin qurulması və istismarı qaydalarının formalaşmasında yeni inkişaf cəbhəsi olmuşdur.

“Əşyaların İnterneti” ideyasına avtomobillər, smartfonlar və soyuducular kimi bir-birinə bağlı olan və məlumat paylaşa bilən bir neçə cihaz daxildir. Cihazlar avtonom şəkildə istifadə edilir və əvvəlcədən qurulmuş xüsusi əmrləri aldıqda hərəkət etdirilir.

 

“Ağıllı Şəhər”

“Ağıllı Şəhər” termini iş yerlərinin, şirkətlərin və orada yaşayan şəxslərin yaşam səviyyəsinin artırılması üçün texnologiyalardan və məlumatlardan istifadə edən şəhər deməkdir.

IoT fiziki olaraq məişət texnikası və ya nəqliyyat vasitələri kimi və bu texnologiyanın köməyi ilə bağlanan qurğular şəbəkəsidir. Eyni zamanda əşyalar bir-biri ilə əlaqə qura və məlumat mübadiləsi apara bilirlər. Bu əlaqə effektivliyi artırmaq, yaşam səviyyəsini yaxşılaşdırmaq və iqtisadi üstünlüklər əldə etmək üçün rəqəmsal və fiziki məlumatları verilənlərin analizi metodu ilə birləşdirməyə kömək edir.

“Vacib Faktorlardan biri olan güclü əlaqə”

Ağıllı bir şəhər qurmaq kimi böyük bir sistemə sahib plan üçün təhlükə yarada biləcək ən əsas amil əlaqə məsələləridir. Şəhərdəki milyonlarla cihaz güclü və etibarlı əlaqə ilə bağlanmazsa IoT cihazları qısa zamanda istifadəyə yararsız hala gələ bilər.

Bir çox ölkələrdə yerli hakimiyyət orqanları bağlantıları artırmaq və tələb olunanları yerinə yetirmək üçün 4G və 5G texnologiyalarından istifadə edir ki, bu da IoT texnologiyalarının bütün bina və təşkilatlarda məhsuldar əlaqələrinin həyata keçirilməsində əsas rol oynayır.

 

Ağıllı bir şəhərin tikintisində IoT-da istifadə olunan əhəmiyyətli hallar.

Ağıllı şəhərlərin qurulmasında IoT texnologiyaları artıq sürətli şəkildə populyarlıq qazanmışdır. Aşağıda IoT texnologiyalarının istifadəsi halları sadalanmışdır:

“Ağıllı İşıqlandırma”

İşıqlandırma şəhərdəki enerji istehlakının əhəmiyyətli bir hissəsini təşkil edir. İşıqlandırma və elektrik həyati elementlər olsa da, bütün inkişaf etməkdə olan şəhərlərin xüsusiyyətlərini və gözəlliyini artırmaq üçün də istifadə olunur. Standart işıqlandırma sistemində yaranmış problemlərin yoxlanması və aradan qaldırılması insan tərəfindən həyata keçirilir.

İş saatlarına əsaslı, hətta sabit işıqlandırma səviyyələri var. Əgər bir işıqlandırma sistemi IoT texnologiyalarına əsasən qurulubsa, yaranan hər hansı bir problem sistemə avtomatik olaraq bildirilir. IoT əsaslı işıqlandırma sistemləri günün vaxtından asılı olaraq avtomatik olaraq yana və sönə bilir.

 

“Tullantıların Avtomatik İdarə Olunması”

Şəhərdə tullantıların idarə etmək, tullantıların səviyyəsini müəyyənləşdirmək üçün xüsusi sensorlara sahib ağıllı zibil qutular tətbiq olunmaqdadır. Belə ki, zibil konteynerlərinin arxasında quraşdırılan xüsusi sensor qurğuları ilə tullantının səviyyəsi haqqında məlumat idarəetmə sisteminə ötürülür və bu da zibil maşınlarının ancaq dolu olan konteynerə yaxınlaşmasını təmin edir. Standart zibil toplama sistemi beləliklə daha effektli və real vaxt rejimində fəaliyyətdə ola biləcək bir sistemlə əvəz olunur.

 

Ağıllı Parking

Müasir dövrdə böyük və sıx şəhərlərdə hər bir avtomobil istifadəçisi üçün parking əsaslı problemə çevrilir. Bununla yanaşı, uyğun parking yerinin axtarılması zamanı artıq vaxt itkisi, atmosferin çirklənməsi və yanacağın istifadəsinə gətirib çıxardır. Lakin, IoT texnologiyasının xüsusi sensorları ilə təchiz edilmiş avtomobillərdə artıq sürücülər uyğun və ən yaxşı parking yerini asanlıqla sistem tərəfindən öyrənə bilir. Sürücü şəhərin naviqasiya sistemi tərəfindən göndərilmiş məlumata əsasən müvafiq parking ərazisini tapa bilir. Nəticə olaraq, havada CO2 qaz atıqlarının miqdarı azalır, vaxta və yanacağa qənaət edilir.

 

“Ağıllı Nəqliyyat İdarəetmə Sistemləri”

IoT texnologiyaları ,həmçinin, nəqliyyat vasitələrinin gediş-gəliş sürətlərini, yollarda xüsusi tələb olunan sürətləri müəyyənləşdirə bilən günəş və ya batareya ilə işləyən xüsusi sensorlar vasitəsilə nəqliyyatın idarə edilməsini yerinə yetirir.

Bu cür sensorlar asanlıqla şəhərin mərkəzi nəqliyyat idarəetmə sisteminə qoşula bilir və bununla yollardakı ümumi hərəkət vəziyyətini təsvir edir.

Yol hərəkəti qaydalarına əsasən qərar qəbuletmə alqoritmləri işıqforların vaxtını avtomatik və düzgün tənzimləyir, eyni zamanda qaydaları pozan sürücü və sərnişinlər haqqında idarəetmə mərkəzinə məlumat ötürür.

“Ağıllı Səmərəli-Enerji Binalar”

Əşyaların İnterneti texnologiyasının tətbiq olunması ilə sərfəli və enerjiyə qənaəti təmin edən müxtəlif platformalar və infrastrukturlar daha da təkmilləşdirilmişdir. Məsələn, Ağıllı binaların qurulması zamanı tətbiq olunan IoT sistemləri vasitəsilə soyutma, istilik, işıqlandırma və yanğın təhlükəsizlik sistemləri mərkəzi enerji idarəetmə sistemi tərəfindən avtomatik şəkildə idarə olunur və işlənmə ardıcıllıqları təmin olunur. Aparılan araşdırmalar göstərir ki, ağıllı idarə etmə sistemləri tətbiq olunan binlar və evlərdə sərf olunan ümumi enerjinin miqdarına 30% qənaət edilmişdir.


Paylaş: