Excel əmək bazarında  əsas tələb kimi
  • Aytac Alıyeva
  • 5 İyun 2019

Excel əmək bazarında əsas tələb kimi

Excel əmək bazarında  əsas tələb kimi

Əgər siz maliyyə sahəsindəsinizsə, o zaman karyeranızın sonuna qədər Excel sizin ən yaxın dostunuz olacaq. İlk iş gününüzdən etibarən Excel faylları ilə işləyəcəksiniz, əsas işləriniz Excel üzərindən olacaq.  Və bu o deməkdir ki, bir maliyyəçi və ya mühasib olaraq Exceli səmərəli və effektiv istifadə etməyi bacarmaq lazımdır. Səmərəli istifadə etmək deyəndə Exceldəki əməliyyatları sürətli etməyi bacarmağı nəzərdə tuturam, hansı ki, buna düzgün Excel shortcut`lardan istifadə etməklə nail ola bilərik. Effektivlik isə işi görərkən düzgün əməliyyatları tətbiq etməklə əldə olunur. Və düzgün əməliyyatı tətbiq etmək üçün Excel biliyimiz basic olmamalıdır. Yəni, Exceldə yalnız cədvəl(table) yaratmaq və SUM funksiyasını bilmək kifayət deyil. Çünki,  Excel düşündüyümüzdən də dərindir və funksionaldır.

Bu bloqu yazmaqda məqsədim sizə Excelin vacibliyini göstərmək və Excelin bizim işlərimizi rahatladacaq funksionallıqlarından bəziləri ilə sizi tanış etməkdir.

Excel dərsləri: Pivot table nədir?

İlk öncə sizə Pivot table'dan danışmaq istəyirəm. Pivot table böyük həcmli dataları bizim üçün yığcamlaşdırır, yəni, biz istədiyimiz məlumatları əsas dataya baxanda çətinliklə tapırıqsa (hətta bəzən tapa bilmirik və o nəticəni görmək üçün bir neçə addımlı funksiyalardan istifadə etməli oluruq), Pivot table sayəsində onu çox rahatlıqla tapırıq. İstifadəsi də çox rahatdır, datanı istədiyimiz formaya sala bilirik. Amma mən bu bloqda onun istifadə qaydaları haqqında danışmayacam, sadəcə bir nümunə üzərindən bizim işimizi necə asanlaşdırdığını göstərəcəm.

Təsəvvür edin ki, bizim böyük satış datamız var, hansı ki, bu datada müştəri siyahısı, məhsul növü, gəlir və tarix göstərilmişdir. Biz istəyirik ki, hansı məhsulun daha çox gəlir gətirdiyini bilək.

excel telimi microsoft excel excel ile data analitikasi excel data socool excel dersleri excel kurslari

Gördüyünüz kimi, bu dataya baxanda ilkin olaraq sualımıza cavab tapa bilməmiz imkansızdır(əgər hər bir məhsula aid olan gəlirləri bir-bir toplamağı düşünmürüksə). Amma Exceldə iki fərqli yolla sualımıza cavab tapa bilərik. Biri SUMİF funksiyasıdır(bunun haqqında daha sonra məlumat verəcəm), digəri isə Pivot table’ın köməyi ilə. Pivot table’ı daha çox məsləhət görürəm çünki, onunla sualımıza cavab tapmaqla bərabər, həmçinin datamıza daha detallı baxa bilirik. Sadəcə Pivot table’da Məhsul növünü rows’a, gəliri isə values’ə atmaqla biz görürük ki ən çox gəlir accessoriesdən qazanılır.

excel telimi microsoft excel excel ile data analitikasi excel data socool excel dersleri excel kurslari

Datamıza daha detallı baxmaq istəyiriksə, tarixi rows’a əlavə edib hər məhsul üzrə ən çox satışın hansı ayda olduğunu görə bilərik.

excel telimi microsoft excel excel ile data analitikasi excel data socool excel dersleri excel kurslari

 

Növbəti olaraq, Excelin ən çox istifadə olunan, bəzi işəgötürənlər üçün advanced funksiyalarından məlumat vermək istəyirəm. Yəqin ki, bəziləri ilə tanışlığınız var - tətbiq etmisiniz yaxud görmüsünüz. Bu funksiyalara IF; SUMIF(s); COUNTIF(s); VLOOKUP; HLOOKUP; INDEX; MATCH  aiddir, hansı ki, praktikada çox istifadə olunur. Bu funksiyalar haqqinda detallı məlumatı növbəti bloqlarda verəcəm. Əgər siz Exceli daha effektiv istifadə etmək istəyirsinizsə bu funksiyaları bilməyi tövsiyyə edirəm. Excel formulaları bunlarla bitmir. Xüsusilə maliyyə sahəsində işləyənlər işlərini daha da asanlaşdırmaq üçün Excelin maliyyə funksiyalarından(financial functions) istifadə edə bilərlər. Proyektlərin qiymətləndirilməsi üçün NPV, IRR, FV, PV, XNPV, XIRR, bank əməliyyatları – kreditlərin verilməsində faizin, müddətin və s. hesablanması üçün PMT, IPMT, PPMT, CUMIPMT, CUMPRINC funksiyalarından faydalana bilərsiniz. 

Yuxarıda məlumat verdiklərim Excelin yalnız kiçik bir hissəsidir, amma iş dünyasında çox tələb olunur. Əgər siz yaxşı bir mühasib yaxud maliyyəçi olmağı planlayırsızsa, o zaman ixtisas biliklərinizlə bərabər Excel biliklərinizi də inkişaf etdirməlisiniz.

 

Daha çox oxu:

Excel dərsləri: Exceldə qısa yollar(shortcut)

HR(İR) Analitikası nədir?

Excel dərsləri: VLOOKUP nədir?


Paylaş: