Dünyanı Dəyişəcək 9 Texnoloji Meqa Trendlər
  • Azər Rzayev
  • 21 İyul 2019

Dünyanı Dəyişəcək 9 Texnoloji Meqa Trendlər

Dünyanı Dəyişəcək 9 Texnoloji Meqa Trendlər

Bəzi texnoloji trendlər zaman keçdikcə aktuallığını itərərkən, eyni zamanda, yeniləri həyatımızın müxtəlif sahələrinə nüfuz etməkdədir. Aşağıda sadalayacağım 9 texnoloji trend yaxın gələcək illərdə bizi nələrin gözlədiyini müəyyən etməkdə yol göstərəcək.

  1. 5G Şəbəkəsi   

İspaniyanın 2018-2019-cu illəri əhatə edəcək Milli “5G” planına əsasən 2019-cu il üçün artıq 5G əsaslı pilot layihələrin təkmilləşdirilməsi işləri davam etdirilir və bu ikinci rəqəmsal bölünmənin olacağını göstərir.

     Beləliklə, 2020-ci ildə smartfonlar vasitəsilə İnternetə giriş sürəti artıq hər saniyədə 10 gigabit`ə qədər çata biləcək. Aparılan statistik hesablamalara əsasən 2024-cü ildə 5G mobil şəbəkə texnologiyası dünya üzərində əhalinin 40 faizindən çoxu üçün əlçatan olacaq və bu təxminən 1.5 milyard istifadəçi deməkdir.

  1. Süni İntellekt (Artificial İntelligence-Aİ)

Artıq son illərdə istər bir çox sənaye sahələrində, istərsə də yaradıcılıq kimi sahələrdə Süni İntellekt tətbiqlərini görmək mümkündür. Yaxın illiklərdə beynəlxalq arenada Süni İntellektin sahib olduğu mövqe və bəşəriyyət üçün hansı rola malik olduğu barədə danışıqlar həyata keçirilmişdir. Beləki, Avropa Komissiyası üzv dövlətləri tərəfindən 2019-cu il və növbəti illər üçün Süni İntellektin tətbiqi və daha da təkimilləşdirilməsi mövzusu ilə bağlı strateji planlamalar həyata keçirilmişdir.

süni intellekt data socool analytics platform

  1. Avtonom Qurğular

İlk zamanlar insanlar tərəfindən yerinə yetirilən bir çox funksiyalar artıq robotlar, dronlar və avtonom qurğular tərəfindən daha qısa və effektli formada həyata keçirilir. Amerikada fəaliyyət göstərən konsaltinq şirkəti olan Gartner “Avtonom Əşyalar” adlandırdığı layihəsi ilə Süni İntellekt funksiyaları ilə bir çox sahədə tətbiq olunan insana faydalı ola biləcək əşyaların avtomatlaşdırılmasını yerinə yetirirlər.

 

  1. Blockchain (BlokZənciri)

Verilənlər rəqəmsal olaraq bloklar şəklində xətti zəncirdə saxlanılır. Zəncirin hər bir bloku müəyyən məlumatları özündə ehtiva edir. Bu məlumatlara misal olaraq, bitcoin tranzaksiyalarını göstərə bilərik. Tranzaksiyalar yığıldıqdan sonra kriptoqrafik şəkildə xüsusi alqoritmlərlə möhürlənir.

Blockchain texnologiyaları sahəsində əsaslı innovasiyalar, proqram təminatı və avadanlıqların təkmilləşməsi günümüz və yaxın gələcək üçün davam etdirilir.

  1. Genişləndirilmiş Analitika

Bu trend Süni İntellektlə birləşdirilərək Big Data üçün bir addım yaradır.

Machine Learning tətbiq edilməsi ilə Data analiz edilərək məlumatların sinifləşdirilməsi, paylanması və təkmilləşdirilməsi icra olunur daha sonra istehsalatda tətbiq edilir.

 

  1. Rəqəmsal Əkiz (Digital Twins)

Rəqəmsal əkiz canlı və ya cansız hər hansı bir fiziki cismin rəqəmsal kopyasıdır. Real və rəqəmsal dünya arasında körpü rolunu oynayaraq verilənlərin rəqəmsal cisimlə fiziki cisim arasında eyni anda mövcud olması Rəqəmsal Əkiz texnologiyası ilə mümkün vəziyyətə gətirilir.

2020-ci il üçün 20 milyarddan çox sensorun tətbiqi ilə “rəqəmsal əkiz” layihəsi Gartner şirkəti tərəfindən həyata keçiriləcək və bunun üçün xüsusi ayrılmış mütəxəssislər tərəfindən cihazların doğru məlumatı vizuallaşdırılmasına, performanslarının artırılmasına nəzarət təmin ediləcək.

digital twin data analytics data socool

  1.  Təkmilləşdirilmiş Edge Computing (Kənar Hesablama)

Edge Computing, bir proqramın, məlumatın və ya xidmətin bir hissəsini, bir və ya daha çox mərkəzi düyündən başqa bir məntiqi uc nöqtəyə hərəkət etdirərək bulud sistemlərini optimallaşdırır. Xüsusilə, bu daha çox İoT(İnternet of Things-Əşyaların İnterneti) texnologiyalarının ərsəyə gətirilməsi zamanı sensorların qurulmasında tətbiq olunur.

 

  1. Ağıllı Fəzada İnanılmaz Təcrübələr

Müxtəlif Chat platformalarına inteqrasiya olunmuş “ChatBot”lar rəqəmsal dünya  yaratmaqla insanların virtual reallıq, genişlənən reallıq və qarışıq reallıq kimi bəzi prespektivlərini dəyişmişdir. Bu texnologiyaların kombinasiyası insanların müəyyən bir qrupu üçün biznesin böyüdülməsində, sənaye üçün avtomatlaşdırılmış interaktiv ağıllı sahələrin yaradılmasında faydalı ola bilir.

 

  1. Rəqəmsal Etika və Məxfilik

 

Rəqəmsal etika və məxfilik həm fərdi şəxslər,həm də birlik və hökumət təşkilatları tərəfindən ciddi şəkildə diqqətə alınan mövzudur. Adətən, hər bir şəxs üçün məlumatların özəl sektor və dövlət təşkilatları tərəfindən qeydə alınması və onların necə istifadə olunması çoxlu suallar doğurur. Bu məqamda hər bir təşkilat öncədən təhlükəsizlik önləmləri alaraq və müvafiq prosedurları icra edərək müştərilərin və istifadəçilərin  etibarını qazana bilər.


Paylaş: