Data əsaslı marketinq
  • Kənan İbrahimov
  • 20 Aprel 2019

Data əsaslı marketinq

Data əsaslı marketinq

Müasir dövrümüzdə texnologiya xeyli inkişaf etmişdir. Günümüzün texnologiyaya əsaslanan dünyası inkişaf etdikcə, yeni və texnologiya əsaslı peşələrin yaranmasına şərait yaranır. Bu peşələrdən biri də data analitikasıdır. Data analizində məlumatlar toplanır, analiz edilir və geniş biznes problemlərini həll etmək üçün şərh edilir. Data analitiki kimi bir təşkilatın böyüməsi və müvəffəqiyyəti üçün güclü bir rol oynaya bilərsiniz. Analitiklər məlumatları nəzərdən keçirir və problemlərin həlli üçün nələr istifadə olunduğunu, şirkətin müştəriləri haqqında əsas fikirləri öyrənir və mənfəəti artırır. Analitiklər həmçinin bu məlumatları əsas tərəfdaşlarla, o cümlədən şirkət rəhbərliyi ilə əlaqələndirmək üçün çalışırlar.

   Data analitikasından ən çox istifadə olunan sahələrdən biri marketinqdir. Marketinq data analitikləri keyfiyyətli bazar təhlilində mütəxəssislərdir. Onlar əsas bazar statistikasını müəyyənləşdirmək, məlumatları şərh etmək və marketinq menecerlərinə marketinq strategiyalarının arxasında olan rəqəmləri anlatmaqda üstündürlər.

satis biznes marketing data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

    Bir şirkətə hər hansı bir marketinq kampaniyasının təsirini başa düşmək lazım olduqda, data analitiklərinə modelləşdirmək və təsirlərini göstərmək üçün müraciət edirlər. Proqnozlaşdırma modellərini və cluster analizini istifadə edərək komanda üzvləri menecerlərinə marketinq prosesində tədqiqatlı qərarları tətbiq etməyə imkan verir. Marketinq tendensiyalarını və modelləşdirmə statistikalarını təhlil edərək data analitikləri bazarda nəyin işləyib, nəyin işləmədiyini dəqiq şəkildə başa düşürlər. Bu vəzifələri yerinə yetirmək üçün müxtəlif peşəkarlarla işləyirlər.

    Marketinq data analitikləri bazar rəqəmlərini anlamaq üçün güclü riyazi və analitik problemləri həll etmə bacarıqlarına ehtiyac duyurlar. Bunun üçün onların bir neçə illik təcrübəyə ehtiyacları vardır. Bir çox marketinq data analitiki işə başlamazdan əvvəl marketinq və statistika üzrə bakalavr və ya magistr dərəcəsi almağa çalışır. Çünki bəzi şirkətlər daha yaxşı nəticə göstərmək üçün hərtərəfli analitikləri cəlb etməyə çalışırlar. Bu baxımdan bu analitiklər digərləri qarşısında üstünlüyə malikdirlər. Əksər data analitikləri illik 45000-60000$ aralığında bir qazanc əldə edir. Lakin bu şirkətin böyüklüyündən asılı olaraq dəyişir. Ən çox qazanan analitiklər illik 75000-85000$ aralığında qazanırlar. Şirkətlər güclü datalar ilə reklam və marketinq səylərini dəstəkləməyə davam etdikcə, data analitiklərinə olan tələb artacaqdır.

satis marketing data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

 

   Data müasir marketinqin və bazarın ən ayrılmaz hissələrindən birinə çevrilmişdir. Bu baxımdan datanın marketinqdə tətbiqi mühüm bir əməliyyat hesab olunur. Buna Data əsaslı marketinq də deyilir. Data əsaslı marketinq yenilikçi bir yanaşmadan reklam və iş strategiyasının mühüm bir qisminə dönüşmüşdür.

   Data əsaslı marketinq gələcək davranışlar haqqında təxminlər yaratmaq üçün big dataların analizindən əldə edilən məlumatlar üzərinə inşa edilmiş strategiyaları ifadə edir. Bu, əldə etdiyiniz məlumatlarla daha yaxşı marketinq işlərini necə təşkil etmək, təhlil etmək və tətbiq etməklə bağlıdır.

 

biznes satis marketing data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

   Həm müəssisələr həm də istehlakçılar marketinqə data əsaslı bir yanaşma sərgiləməklə çox şey qazana bilərlər. Strategiyalar uğurla həyata keçirildiyi zaman aşağıdakı üstünlüklər əldə olunur.

  • Şirkətlərin doğru mesajı doğru zamanda və doğru kütləyə çatdırması əsasdır. Data əsaslı marketinq markaların müştəri profilini daha dərindən anlamasına və bununla müştəriləri potensial müştəriyə çevirən bir kampaniya yaratmasına imkan yaradır.
  • Data əsaslı bir yanaşma ilə  çatmaq istədiyiniz bir hədəf  kütləni ayırmaq və qruplaşdırmaq çox daha rahat olur
  • Marketoloqlar birdən daha çox şəbəkə üzərində əlaqəni genişlətmək və yalnız mail əlaqələrinin üzərində bir əlaqəyə sahib olmaq üçün datadan yararlana bilərlər. Data əsaslı reklamları kanallara avtomatik marketinq kampanyaları yolu ilə paylamaq mesajınızın daha tutarlı olmasına və hər alıcıya düzgün yerdə və düzgün bir zamanda çatmasına imkan yaradar.
  • Data əsaslı marketinq məhsulda yaranan problemləri mühüm ölçüdə azaldır. Belə ki, o, şirkətlərin hədəf kütləni daha yaxşı tanımasına və onlara uyğun məhsulun bazara çıxarılmasına köməklik göstərir.

Hər bir iş strategiyası kimi data əsaslı marketinqində müəyyən çətinlikləri vardır.

  • Burada ən əsas çətinliklərdən biri kimi doğru komandanın qurulması başda gəlməkdədir. Təbiidir ki, işini yaxşı bilən, təxminə əsaslanan analitik və ya izləyicilərin gücləndirilməsində professionallaşmış bir personalı cəlb etmək çətindir.   
  • Digər bir çətinlik kimi qərarlı, öhdəlikli olmağı misal göstərmək olar. Əgər yetərli qədər qərarlı olmasanız, data əsaslı marketinq strategiyası həyata keçirmək ağılsızlıq kimi görünər. Lakin bu xətanı etməyə davam edən şirkətlər vardır. Bəlirlənmiş bir strategiyaya malik olsalar belə, uğurlu olmaq üçün lazımi alətlərlə uyumsuz olmaları çoxda bir anlam ifadə etmir.
  • İnteqrasiya da buradakı mühüm çətinlikərdən birisidir. Bir şirkət inteqrasiya mərhələsində uğursuz olursa, marketoloqlar bir müştəri profili üçün lazım olan doğru dataları əldə etməkdə çətinlik çəkirlər. Misal olaraq, pərakəndə şirkətlər və e-ticarət saytlarının çox vaxt sosial medya və mobil cihazlar vasitəsilə data toplamaq və konfiqurasiya etmə mərhələlərində çətinlik çəkməsini göstərmək olar.

Data əsaslı marketinq üçün gələcək çox parlaq olmağa davam edir. Təxmini və süni intellekt marketinqi ilə data əsaslı həllər uğurlu satış kampaniyalarının önəmli bir parçası halına gəlir. 

 

Referans:

http://www.marketing-schools.org/careers/marketing-data-analyst.html

https://www.emarsys.com/en/resources/blog/data-driven-marketing/

https://www.snhu.edu/about-us/newsroom/2018/10/what-does-a-data-analyst-do

 

Daha çox oxu:

Data analitikasının satışda rolu 

CRM nədir? CRM-in biznesinizə faydaları

Daha böyük data, daha böyük marketinq


Paylaş: