Data analitikasının tibbdə tətbiqi
  • Göyçək Əliyeva
  • 26 Aprel 2019

Data analitikasının tibbdə tətbiqi

Data analitikasının tibbdə tətbiqi

Böyük Data, bu günümüzə qədər istənilən sənayedə datanın idarə , analiz və istifadə edilməsi metodunu dəyişmişdir. Bir dəyişiklik etmək üçün tətbiq edilə biləcək ən perspektiv sahələrdən biri səhiyyədir. Səhiyyə analitikası müalicə xərclərini azaltma, epidemiyaların yayılma ehtimalını proqnozlaşdırma, qarşısı alına bilən xəstəliklərin sayını məhdudlaşdırma və ümumiyyətlə həyat keyfiyyətini yaxşılaşdırma potensialına malikdir. Dünyadakı əhalinin orta yaş həddi artmaqdadır, bu da müasir dövrümüzdə yeni müalicə metodlarının tətbiqinə zərurət yaradır.Biznes sahibkarları kimi, səhiyyə mütəxəssisləri də böyük həcmli informasiyaların toplamaq və bunların arasında ən yaxşı strategiyaları axtarmaqa qadirdirlər. Bu yazıda, data analitikanın səhiyyədə və insan sağlamlığında əhəmiyyətli rolundan bəhs ediləcək, yəni data analitika bizə niyə və necə kömək edə bilər? Onun qəbul edilməsi üçün maneələr hansılardır? Daha sonra sizə tibb sahəsində  hazırda faydalandığımız bir neçə böyük data nümunəsi təqdim olunacaq.

Böyük Data xüsusi texnologiyaların birləşdirdiyi və analiz etdiyi hər şeyin rəqəmliləşdirilməsi ilə yaradılan məlumatlar toplusudur. Data tibbə tətbiq olunaraq  əhalinin (ya da fərdlərin) xüsusi sağlamlıq məlumatlarının istifadə edilməsinə və potensial epidemiyanın qarşısının alınmasına, xəstəliyi müalicə etmək, xərclərinin azaldılmasına kömək edir.

tibb data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

Artıq daha uzun yaşayırıq,beləliklə, müalicə modelleri dəyişir və bu dəyişikliklərin bir çoxu məlumatlarla idarə olunur. Həkimlər ciddi xəstəliklərin xəbərdarlıq əlamətlərini ortaya çıxarmaq üçün insanların onlara daha erkən müraciət etmələrini istəyirlər.(erkən mərhələdə hər hansı bir xəstəliyin müalicəsi daha sadə və daha ucuz olur.) Data Analitikada xəstəliklərdən qorunma,xəstəliklərin qarşısının alınması,onların müalicəsindən daha önəmlidir. Həqiqətən,illər ərzində tibbi istifadə üçün böyük miqdarda məlumatın toplanması çox vaxt və vəsait istehlak edilməsinə səbəb olmuşdur. Günümüzün hər zaman inkişaf edən texnologiyaları ilə bu cür məlumatların toplanması asanlaşacaq və daha yaxşı müalicə üsulları və s. kimi istifadə oluna bilən mühüm anlayışlar,biliklər əmələ gələcək.Səhiyyə analitiklərinin məqsədi budur: Çox gec olmadan, data yönümlü tapıntılardan istifadə edərək bir problemi proqnozlaşdırmaq və həll etmək; müalicə və metodları daha sürətli qiymətləndirmək, ehtiyatların saxlanma və daşınma şəraitini izləmək,  xəstələri, onları motivasiya edəcək vasitələrlə öz sağlamlıqlarına daha çox fikir vermələrinə cəlb etmək.

İndi isə Data Analitikanın səhiyyədə faktiki tətbiqlərinə baxaq.

Səhiyyə sahəsində böyük datanın ilk nümunəsi üçün hər hansı bir növbə menecerinin üzləşdiyi bir klassik problemə nəzər salacağıq: hər hansı bir müddətdə heyətə neçə adam qoyuram? Çox işçini qoysanız, lazımsız əmək xərclərini artırma riski alırsınız. Çox az işçi, müştəri xidmətinin pis nəticələnməsinə səbəb ola bilər - bu hal ölüm hadisəsi ilə də nəticələnə bilər.Data bu problemi ən azı Parisdəki bir neçə xəstəxanada həll etməyə kömək edir. Forbes məqaləsi, Assistance Publique-Hôpitaux de Paris'in bir hissəsi olan dörd xəstəxananın,müxtəlif mənbələrdən məlumat toplusu əldə edərək hər bir xəstəxanada neçə xəstənin olması gözlənilən günlük və saatlıq proqnozlar yaratması haqda informasiya verir. Məqalədə qeyd olunur ki, data analitikanin köməyi ilə növbəti 15 gün ərzində xəstəxanada olacaq xəstə qəbulu və ziyarətçi sayı haqda proqnoz edilir və say çox olarsa əlavə işçi qüvvəsi cəlb olunaraq xəstələrin gözləmə müddətinin azaldılmasıyla daha yaxşı qayğı göstəricisi əldə olunur.

Bir çox istehlakçıların - potensial xəstələrin onsuz da  onların hər addımını, ürək döyüntülərini, yuxu vərdişlərini və s.  qeydə alan smart cihazlara daima maraqları var. Bütün bu həyati məlumatlar potensial sağlamlıq risklərinin qarşısını almaq üçün digər izlənilə bilən məlumatlarla birləşdirilə bilər. Xronik yuxusuzluq və yüksəlmiş ürək döyüntüsü, məsələn, gələcək ürək xəstəliyi riskini ortaya qoya bilər. Xəstə öz sağlamlığının monitorinqində birbaşa iştirak edir və səhiyyə sığortalarından stimullar onun sağlam həyat tərzinə (məsələn, ağıllı saatlardan istifadə edənlərə pul verilməsi) səbəb ola bilər. Bunu etmək üçün başqa bir yol  yeni geyim formaları ilə gəlir, hansiki bu geyim xüsusi sağlamlıq trendlerini izliyər ve həkimlərin onları izleyebiləcəyi buluda köçürər. Astma və ya qan təzyiqindən əziyyət çəkən xəstələr bundan faydalanaraq bir az daha müstəqil ola və həkimə olan səfərləri azalda bilərlər.

tibb proqnoz data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

Bəzi araşdırmalar bu sənayenin hər hansı digər sənayelere nisbətən məlumat pozuntularının 200% daha çox ehtimalı olduğunu göstərir. Səbəbi sadədir: şəxsi məlumatlar qara bazarlarda son dərəcə qiymətli və sərfəlidir. Və hər hansı bir pozuntu kəskin nəticələrə səbəb ola bilər. Bununla yanaşı, bir çox təşkilat, şəbəkə trafikində dəyişikliklərin müəyyən edilməsi və ya siber hücumu əks etdirən digər davranışları müəyyən edərək təhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün analitiklərdən istifadə etməyə başlamışdır. Əlbəttə ki, böyük data özünəməxsus təhlükəsizlik məsələlərinə malikdir və bir çoxları böyük data ilə təşkilatlarının daha həssas və zəif olacaqlarını düşünürlər. Lakin şifrələmə texnologiyası, təhlükəsizlik düyməsi, anti-virus proqramı və s. kimi təhlükəsizliyin inkişafı daha çox təhlükəsizliyə ehtiyac olduğunu və faydaların riskləri üstələdiyini göstərir.

Eyni şəkildə, data analitika fırıldaqçılıq və qeyri-dəqiq iddiaların sistematik şəkildə qarşısını almaqda kömək edə bilər. Analitika, sığorta iddialarının emalını asanlaşdırır və xəstələrin iddialarına daha yaxşı cavab verilməsini təmin edir.Misal üçün, Medicare və Medicaid Services Mərkəzləri yalnız bir il ərzində fırıldaqçılıqla 210,7 milyon dollar əldə etmişdir.

Ümumilikdə, səhiyyə sahəsində bir neçə nümunənin üç əsas trendə tətbiqini gördük: xəstələrin təcrübələri,onların məmnuniyyəti və müalicənin keyfiyyəti daxil olmaqla dramatik şəkildə yaxşılaşa bilər; əhalinin ümumi sağlamlığı da zamanla təkmilləşdirilməlidir; ümumi xərclər azaldılmalıdır. Gəlin səhiyyə sahəsində, məsələn, xəstəxanada data analitikanın necə istifadə olunacağının konkret bir nümunəsinə nəzər salaq:

tibbi statistika data analitikasi excel telimi biznes analitikasi telimi  data socool

Bu sağlamlıq paneli sizə xəstəxana direktoru və ya təsis meneceri qədər önəmli olan xülasə təqdim edir. Bir mərkəzi nöqtədə xəstəxananın hər bölgüsü, iştirakı, təbiəti, xərcləri və s. haqqında bütün məlumatları toplayaraq, müəssisənizin səmərəli şəkildə çalışması üçün böyük bir kömək göstərəcək  şəkil dayanır.

Burada müxtəlif aspektlərə dair ən vacib ölçüləri görə bilərsiniz: müəssisənizdə olan xəstələrin sayı, nə qədər və harada qaldıqları,onların müalicə dəyəri və fövqəladə otaqlarda orta gözləmə müddəti. Belə vahid bir görünüş üst rəhbərliyə gələcəkdə çətinliklər, spot tendensiyalar və nümunələri müəyyənləşdirməyə kömək edir və ümumiyyətlə vəziyyəti qiymətləndirir. Bu vəziyyət, xəstələrin daha yaxşı müalicə edilməsi və doğru kadr potensialına malik olmaq məqsədi ilə daha məlumatlı qərarlar qəbul etmək yolunda çox önəmlidir.

Referans: 

https://www.datapine.com

 

Daha çox oxu:

Proqnozlaşdırıcı data analitikasının kənd təsərrüfatında rolu

Data analitikası təhsil sektorunda

Hava nəqliyyatında Böyük Data analizi


Paylaş: