Çatbot(ChatBot) nədir?
  • Maya Bayramova
  • 3 Avqust 2019

Çatbot(ChatBot) nədir?

Çatbot süni intellekt proqramı olub, interaktiv insan danışıq simulasiyası yaradır. Bu süni söhbət simulasiyası əvvəlcədən hesablanmış istifadəçi ifadələri, audio və mətn əsaslı siqnallardan istifadə edir.

Çatbotlar sadə müştəri xidmətləri və marketinq üçün  daha çox istifadə olunur. Onlar müştəri sorğularını ani mesajla cavablayır və sosial netvörkinq mərkəzlərinə yönləndərir. Eyni zamanda əməliyyat sistemlərində ağıllı virtual asistentlar şəklində mövcud olurlar.

Çatbotlar həm də süni danışıq canlısı(ACE-artifical intelligence entity), çatrobot, danışıq botu(chat bot), çatlaşma botu(chatter bot), çatlaşma qutusu(chatterbox) kimi də tanınır.

1950-ci ildə Alan Türinq aşkarlana bilməyən insan davranışı və aktivliyi simulasiyası üçün Türinq zəka testini kriteriya seti kimi təklif etdi. Türinq testi ELİZA proqramına böyük maraq yaratmışdı. Proqram insanları inandıra bilmişdi ki, onların yazışdığı real insandır.

Müasir çatbotlar limitli cavablara ehtiyac olan sadə interaktiv söhbətlərdə istifadə olunur. Onlar müştəri xidməti, marketinq proqramlarında bəzi mövzular, məsələn, məhsullar, xidmətlər, şirkət siyasəti haqqında verilən sualları cavablandırmaq üçün istifadə olunur. Əgər çatbotlar müştərinin sualını cavablandıra bilmirsə, müştərilər operatora yönləndirilir.

chatbot nedir

Çatbotlar tez- tez onlayn və mesajlaşma proqramlarında istifadə olunur, hazırda Apple Siri-ni, Windows Cortana-nı virtual zəka asistenti kimi istifadə edir. Müəyyən məqsədlə istifadə olunan çatbotların sayı artmaqdadır, məsələn, Amazonun Alexa-sı kimi. Bu çatbotlar istifadəçinin istəklərinə əsaslanaraq geniş və müxtəlif funksiyalar həyata keçirir. 


Paylaş: