Çatbot(ChatBot) nədir?
  • Maya Bayramova
  • 3 Avqust 2019

Çatbot(ChatBot) nədir?

Çatbot(ChatBot) nədir?

Çatbot süni intellekt proqramı olub,interaktiv insan danışıq simulasiyası yaradır.Bu süni söhbət simulasiyası əvvəlcədən hesablanmış istifadəçi ifadələri,audio və mətn əsaslı siqnallardan istifadə edir.Çatbotlar adətən sadə müştəri xidmətləri və marketinq üçün  daha çox istifadə olunur.Burada onlar müştəriləri ani mesajla cavablayır və sosyal netvörkinq mərkəzlərinə yönləndərirlər.Eyni zamanda onlar əməliyyat sistemlərində ağıllı virtual asistantlar şəklində mövcud olurlar.

Çatbotlar həm də süni danışıq canlısı(ACE-artifical intelligence entity),çatrobot,danışıq botu(chat bot),çatlaşma botu(chatter bot),çatlaşma qutusu(chatterbox) kimi də tanınır.

1950-ci ildə Alan Turinq ,aşkarlana bilməyən insan davranışı və aktivliyi simulasiyası üçün Turinq zəka testini kriteriya seti kimi təklif edib.Turinq testi ELİZA proqramına böyük maraq yaratmışdı hansı ki bu proqram insanları inandıra bilirdi ki,onların yazışdığı real  insandır.

Müasir çatbotlar  limitli cavablara ehtiyac olan sadə interaktiv söhbətlərdə istifadə olunur.Onlara müştəri xidməti,marketinq proqramlarında bəzi mövzular məsələn:məhsullar,xidmətlər,şirkətlərin politikası üçün verilən sualları cavablandırmaq üçün lazım olur. Əgər çatbotlar müştərinin sualını cavablandıra bilmirsə bu halda müştərilər insan operatoruna yönləndirilir.

chatbot nedir

Çatbotlar tez- tez onlayn və mesajlaşma proqramlarında istifadə olunur,hal-hazırda Apple Siri-ni,Windows Cortana-nı virtual zəka asistantı kimi istifadə edir.Müəyyən məqsədlə istifadə olunan çatbotların sayı artmaqdadır məsələn Amazonun Alexa-sı kimi.Bu çatbotlar istifadəçinin istəklərinə əsaslanaraq geniş və müxtəlif funksiyalar həyata keçirir. 


Paylaş: