Big data iqtisadiyyatı və Biz
  • Nurlan Rəhimli
  • 26 İyun 2019

Big data iqtisadiyyatı və Biz

Big data iqtisadiyyatı və Biz

Sadə internet  istifadəçiləri olaraq big data iqtisadiyyatında hansı vəziyyətdəyik?

Gəlin ilk öncə Big datanın gücü ilə bir az tanış olaq.

Texnoloji inkşaf və internet istifadəsinin sürətli artımı cəmiyyətin bütün sahələrdə qloballaşmanı təşviq etməkdədir. Sürətlə qloballaşan bir dünyada şirkətlər sadəcə öz ölkələrindəki rəqiblərlə deyil, bütün dünyadakı digər şirkətlərlə də rəqabət etmək məcburiyyətindədirlər. Bu gün dünyanın ən böyük innovasiya şirkətləri, kəskin rəqabət şəraitində strateji üstünlük qazanmaq üçün əllərində olan böyük həcmdə infomrasiya toplusunu və ilkin formada bir məna kəsb etməyən kirli verilənlər bazasını anlamlı vəziyyətə gətirmək və yararlanmaq üçün data analitikasından istifadə edirlər. Maraqlıdır ki, bəzi iqtisadçılar datanı yeni bir növ istehsal amili hesab edirlər.

Artıq biznes və təşkilatlar öz müştərilərini və iş proseslərini daha yaxşı başa düşmək üçün məlumat analiz layihələrini istehsal proseslərinə köçürməyə başlayıblar. Big data, süni intellekt, data analitikası – bu kimi yeniliklər böyük şirkətlərə öz istifadəçiləri və müştəriləri haqqında ən kiçik detallara qədər məlumat əldə etməyə imkan verir.

biznes analitikasi data socool

Big data ətrafında gedən iqtisadi müzakirələr

Müəyyən qrup iqtisadçılar isə hesab edir ki, biz özümüzü sürətlə genişlənən big data iqtisadiyyatında passiv məlumat təminatçıları olaraq görməkdən vaz keçməliyik.

Əgər hesab edirsinizsə ki Facebook və Google kimi şirkətlər pulsuz (ücrətsiz) xidmətlər göstərir, bir daha düşünmənizdə fayda var. Əslində bu cür xidmətlər, həmin şirkətlərin nəhəng reklam hasilatlarına çevirdiyi bizim şəxsi məlumatlarımızdan formalaşan qiymət etiketlərinə sahibdir. Yəni ki bizlər- adi istifadəçilər şəxsi həyatımızı əks etdirən məlumatlar və dağılan diqqətimizlə bu xidmətlər üçün ödəniş etmiş oluruq. Marketoloqların təbirincə desək əgər məhsul havayıdırsa deməli məhsul sizsiniz.

21-ci əsrin nefti hesab olunan big data sıradan insanlara, yəni istifadəçilərə aid məlumatlardan ibarətdir. Avtomobillərdən tutmuş elektrik santrallarına, mobil telefondan diş fırçasına qədər hər şey internet əşyaları (internet of things) listinə qatıldıqca, bu məlumatlar depolanaraq bir verilənlər mədəni (data mine) meydana gətirir. Və şirkətlər bu dataları istifadə edərək avtomatik nəqliyyat sistemləri və ya sadəcə bir neçə işçidən ibarət fabriklər kimi yeni  ximdətləri çalışdıracaq alqoritmlər yarada bilir.

Təbii olaraq bu vəziyyət bərabərində iqtisadi nöqteyi-nəzərdən bir sıra düşündürücü suallar da meydana gətirir.

  • Big data anlitikası sayəsində genişlənməkdə olan avtomatlaşdırma əhəmiyyətli dərəcədə işsizliyə və gəlir bərabərsizliyinə səbəb olacaqmı?
  • Alphabet, Amazon və Facebook kimi zəngin data bazasına sahib şirkətlər yeni iqtisadi dönəmi öz hökmranlığı altına alacaqmı?
  • Bu vəziyyət big data ehtiyatlarına malik olma baxımından mütləq üstünlük sahibi olan şirkətlərin monopoliyalaşmasına və yeni sahibkarlar üçün əlavə risklər yaratmasına səbəb olmurmu?

data  analitikasi big data socool

Mövcud problemlərin həlli yolları

Imanol Arrieta Ibarra, Leonard Goff, Diego Jiménez Hernández, Jaron Lanier ve Glen Weyl kimi iqtisadçılar big data iqtisadiyyatındakı rolumuzu yenidən dizayn etməmiz gərəkdiyini önə sürürlər. Big datanı formalaşdıran sıravi istifadəçilər olmaqdan əlavə, yeni data sərvətinin yaradıcılarından olmağa çalışmalıyıq. Özümüzü sıradan bir internet istifadəçisi olmaqdan əlavə şirkətlərin avtomatlaşdırılmış iqtisadi sistem quruculuğuna yardım edən bir işçisi olaraq görməliyik. Rəqəmsal iqtisadiyyatda istifadəçi məlumatları könüllü şəxsləri müşahidə edən təşkilatlar tərəfindən kapital hesab edilir. Bu, məlumatların istehsalında istifadəçilərin rolunun nəzərə alınmamsına gətirib çıxarır.

Fast Company şirkətinə verdiyi müsahibədə, Microsoft Research şirkətinin tədqiqatçısı Glen Weyl deyir ki, insanlar süni intellektin təbiətini yanlış anlamağa meyillidirlər. İnsanları əvəz edən maşınlar deyil. İstifadəçi insanlar sistemlərin yaradıcı tərkib hissəsini formalaşdırır, lakin bütün iqtisadi dəyərlər bu sistemlərə sahib insanlara çatır. Bu dəyişikliklərdən xəbərdar olan və sistemin tərkibini formalaşdıran adi insanlaraı da nəzərə alıb onların əhəmiyyətini düzgün qiymətləndirən cəmiyyətə ehtiyacımız var. Beləliklə, mükafatlandırılması lazım olanlar mükafatlandırılacaq, ədalətli gəlir dağılımına nail olunacaq və yalnız bir neçə böyük şirkət əllərində hər şeyi tutmayacaqdır.

data socool biznes analitikasi

Google, Facebook və Amazon kimi İnternet şirkətləri tez-tez əsər sahibini saymamaq və intellektual mülkiyyət hüquqlarına hörmətsizlik etməmələri üçün tənqid olunur. Misal üçün, YouTube sənətçilərə demək olar ki, heç bir şey ödəmədən əsərlərin dərc olunduğunu düşünün. Böyük şirkətlər intellektual mülkiyyətin pulsuz məlumat axınının qarşısını aldığı üçün pis bir şey olduğunu iddia edirlər, ancaq onların öz platformalarının üstünlüyünü qoruyan intellektual mülkiyyət hüquqlarını ayırırlar. İnsanın qatqısının hüquqlara mütənasib olduğu daha balanslı sistemə ehtiyacımız var – deyə Weyl bildirir.

Məlumat zənginliyini necə yaymamız barədə konkret tövsiyələr verə bilməyən diskussiyalar və nəticəsiz debatlar kompüter ekspertləri və iqtisadçıların bu istiqamətdə yeni fikirlər üzərində çalışmalarının vacibliyini sübut edir. Məlumatlara necə dəyər verildiyinə dair bir sıra vacib mübahisəli məsələlər var. Hal-hazırda bu qiyməti müəyyən etmək üçün heç bir real bazar yoxdur. Daha əvvəl Meeco və CitizenMe kimi təşəbbüslər internet istifadəçiləri adından məlumatları çevirməyə çalışdı. Bundan əlavə, bu gün antitrust qanun və əqli mülkiyyət qanunları hələ də müzakirə olunmaqdadır. Görünən odur ki, bərabərində bütün iqtisadi sahələrdə əsaslı dəyişikliklər edəcək potensial güc gətirən big data fenomeni ətrafında elmi və hüquqi müstəvidə geniş müzakirələr hələ yaxın və orta gələcəkdə də davam edəcəkdir.

 

Daha çox oxu:

Big data analitikasının yaratdığı imkanlar

Data analitikasının bank sektorunda rolu

Daha böyük data, daha böyük marketinq


Paylaş: