Niyə Big Data Olmadan Süni İntellekt Heç Bir Şey Sayılır?
  • Azər Rzayev
  • 3 Avqust 2019

Niyə Big Data Olmadan Süni İntellekt Heç Bir Şey Sayılır?

Niyə Big Data Olmadan Süni İntellekt Heç Bir Şey Sayılır?

Süni İntellekt dövrümüzdə ən çox dünyanı dəyişdirəcək güclərdən biri sayılır. Onun dünyanı müsbət və ya mənfi yöndə dəyişidirəcəyi barədə mübahisələr olmasına baxmayaraq, hamının razı ola biləcəyi bir şey var ki, Big Data olmadan Süni İntellekt istifadəsiz qalacaq. Süni İntellekt texnologiyalarının bir neçə onilliklər ərzində mövcud olmasına baxmayaraq, məlumatların inanılmaz şəkildə artması bu texnologiyaların daha da irəliləməsinə imkan yaratdı. İstifadəçilər tərəfindən Google`da aparılan gündəlik milyonlarla axtarışlara əsasən daha çox real vaxt məlumat bazaları yaradılır.

Məlumatların Artması Səbəbi ilə Süni İntellekt Yetkinləşməyə Davam Edir

Hər il insanlar tərəfindən generasiya olunan məlumatların həcmi iki dəfə artır və növbəti onillik ərzində bunun 150 milyard şəbəkə ötürücüsü üzərindən olacağı proqnozlaşdırılır. Bütün toplanan informasiyalar Süni İntellekt cihazlarına insanların necə düşündüyünü, necə hiss etdiyini öyrənməkdə kömək edən və Süni İntellekt üçün öyrənmə prosesini sürətləndirən və məlumatların analizini avtomatlaşdırmağa imkan verən mühüm bir rola malikdir.

Belə ki, daha çox informasiya generasiya olunmalı, daha çox məlumat sistem tərəfindən emal olunmalı, daha çox öyrənilməli və nəticədə daha dəqiq nəticə alınması mümkün olur.

Artıq yeni yaradılmış Süni İntellek texnologiyalarında insan müdaxiləsi olmadan  “özü öyrənmə” funksiyası mövcuddur. Yəni, buna misal kimi Google DeepMind alqoritmi vasitəsilə yaxın zamanlarda 49 Atari(videooyun) oyununun qazanılması proqram tərəfindən öyrənilmişdir.

Əvvəllər Süni İntellektin təkmilləşdirilməsinə daha çox məhdud informasiya bazaları, real vaxt və real həyatada tətbiq olunan külli miqdarda məlumatların analiz olunmasınının qeyri-mümkünlüyü mane olurdu. Lakin, bu gün sürətli analizlərin, təhlillərin aparılmasına imkan verən verilənlər bazaları mövcuddur və bunlar real vaxt mühitində tətbiq olunmaq imkanına sahibdirlər. Nəticə olaraq Süni İntellektlə yanaşı Machine Learning alqoritmlərinin də tətbiq olunması və inkişaf etdirilməsi üçün müvafiq hallar yaranmışdır.

Süni İntellekt Big Data ilə Daha Əlçatandır

Bütün sənaye sahələrində fəaliyyət göstərən təşkilatlar, Süni İntellekt həllərini tətbiq etmək üçün Google və Amazan kimi Süni İntellekt tətbiq edən korporativ şirkətlər sırasına qoşulurlar. Sağlamlıq sığortasını təmin edən qlobal təşkilatlardan olan MetLife, Süni İntellektə Big Data tətbiq etməklə işçilərin fəaliyyət proseslərini, aylıq gəlirlər və xərclərin daha da optimal analizlərini yerinə yetirirlər. Səsli informasiyaların tanınması sistemləri təkmilləşdirildikdən sonra artıq hadisələrin və nəticələrin daha aydın izlənilməsi, şirkət iddialarının daha effektiv işlənilməsi uğurlu davam etdirildi və avtomatlaşdırılmış sistemdə strukturlaşdırılmış informasiya ilə analizlər daha da zənginləşdirildi.

Kompüter İnsan Beyni Kimi Düşünə Biləcəkmi?

Bəziləri bunun qeyri-mümkün olacağını dediyi halda, bəziləri isə artıq bunun reallaşdırılmasının çox yaxın olduğunu düşünür. Bununla birlikdə, maşınların dünyanı görmək, anlamaq və qarşılıqlı təsir etmək bacarığı artıq çox sürətlə inkişaf edir və eyni zamanda, daha sürətli öyrənməyə və başa düşməyə kömək edən məlumatların həcmi də eyni dərəcədə artmağa davam edir. Bütün bu informasiyalar Süni İntellekti gücləndirən əsas vasitə sayılır.


Paylaş: